Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan "Zirə" ilə qarşılaşmadan sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
Fanat.az xəbər verir ki, mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda bunları söyləyib:
"Oyuna yaxşı köklənmişdik. Futbolçularımıza azarkeşlərimiz qarşısında 3 xal qazanmaq istədiyimizi demişdik. Onlarda oyun planında inkişafı görürük. Düşünürəm ki, layiqli qələbə qazandıq. Təəssüf ki, yenə də əlimizə düşən şansları qola çevirməkdə çətinlik çəkirik. Nəticədən əlavə, yoxlama matçlarında istədiyimiz oyunu çempionat qarşılaşmalarında göstəririk. Gənclərimiz də inkişaf edir. Bu gün Nəbi Məmmədovun xidmətindən də yararlandıq. Sonda bütün azarkeşlərimizə bizi bu cür soyuq havada tək qoymadığı üçün təşəkkür edirəm".
Fanat.az