"Qarabağ"ın yeni transferi Ovusu Kvabena Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, o, əvvəlcə görüş haqda fikirlərini bölüşüb:
- Asan oyun olmadı. Çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.
- Azərbaycanda
ilk oyununuza çıxdız. Ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla
gəlib, gördükləriniz üst-üstə düşdümü?
- Futbol hər yerdə futboldur. Sadəcə sən matça köklənib, öz oyununu nümayiş
etdirməlisən.
- İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiz. Fərqi sezmək imkanınız olub...
- Ola bilər ki, Sequndanın matçlarına daha çox azarkeş gəlsin. Amma meydandakı futbol baxımından fərq böyük deyil.
- "Qarabağ"a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, "Kordoba"dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsizmi?
- Məncə, bu haqda nəsə deməyin zamanı deyil.
- "Kordoba"dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa avrokuboklarda çıxış etmək?
- Hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Burda avrokuboklarda oynamaq imkanına malikəm.
- Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılacağınıza inanırsız?
- Öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.
Fanat.Az