AFFA İntizam Komitəsi "Zirə" klubunun iki futbolçusunu cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qurum qəsəbə təmsilçisinin oyunçularından Ağabala Ramazanova 2, İlkin Muradova isə 1 oyunluq cəza verib.
Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Premyer Liqanın XVI turunun "Sumqayıt” – "Zirə” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın XVI turunun "Sumqayıt” – "Zirə” oyununda "Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Fanat.Az