"Neftçi"də çox yaxşı günlərim olub. İndi işlərimin çoxluğu ilə əlaqədar Azərbaycan çempionatını izləyə bilmirəm. Amma əgər altı ildir komanda çempion ola bilmirsə, demək ki, nələrsə yolunda getmir".
Fanat.Az xəbər verir ki, bunu apasport.az-a "Neftçi"nin sabiq futbolçusu Suat Usta deyib.
"Qalatasaray", "Rizəspor", "Konyaspor", "Antalyaspor" və "Sakaryaspor"da oynadıqdan sonra 2008-ci ildə "Neftçi"yə keçən türkiyəli 2010-cu ilə kimi paytaxt klubunda çıxış edib.
Hazırda agent kimi fəaliyyət göstərən sabiq müdafiəçi "ağ-qaralar"ın uzun müddətdir çempion ola bilməməsinin səbəbini açıqlayıb: "Eyni şeyləri edib fərqli nəticə gözləmək ağıllı iş deyil.
"Qarabağ"ı "taxt”dan necə salaram” yox, "özümü necə inkişaf etdirib çempion ola bilərəm” deyə düşünmək lazımdır. Yəni birinci olmaq düşüncəsiylə hərəkət edilməlidir. Məhz həmin vaxt "Neftçi" yenidən çempionluğa namizəd olacaq".
Fanat.Az