"Səbail” Azərbaycan Premyer Liqasında yubiley - 75-ci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, bu, XIX turun "Neftçi” ilə səfər matçına təsadüf edib. Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley - 15-ci heç-heçəsinə imza atıb - 1:1.
75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb. Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.
Fanat.Az