19:06 02.03.2020 1318

Elxan Məmmədov, nümunə ol, ara qatma!

Elxan Məmmədov taktikasına sadiqdi. O, yenə də insanları bir-birinə qarşı qoyur, problemin özündən qaynaqlanmasını gizlətmək üçün ara qarışdırır. Bu dəfə veteranları jurnalistlərlə üz-üzə qoymaq, onların bir-brini tənqid etməsinə nail olmaq niyyətindədi.

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan bu şəxs veteranlarla son görüşündə maraqlı fikir söyləyib: "Fikrimcə, vaxtilə futbol oynayanlar klubların rəhbər heyətində təmsil olunmalıdır. İdman direktorları, icraçı direktorlar onlar olmalıdır. Mən keçən dəfə "CBC Sport”da klub nümayəndələrinin iştirakıyla keçirilən "tok-şou”nu izlədim və açığını deyim ki, utandım. Verlişdə iştirak edənlər arasında cəmi 1 futbol adamı var idi – "Neftçi”dən Ceyhun Sultanov. Qalanları keçmiş jurnalistdir. Digər klublar da "Neftçi” kimi keçmiş futbolçulara iş verməlidir. O jurnalist öz sahələrində peşəkar ola bilər. Ancaq jurnalistlər nəvaxtdan klub idarə edən olub? Yaxınlarda klub rəhbərlərini AFFA-ya yığacam. Onlarla söhbətdə bu məsələni qaldıracam və öz məsləhətlərimi verəcəm”.

Məmmədov əvvəla, bununla klubların daxili işinə qarışır. Kimisə AFFA-ya yığıb məsləhət vermək, təzyiq göstərmək lazım deyil. Adam əvvəlcə öz ətrafına baxar.

Birincisi, jurnalistlər arxasında Elşad Nəsirov kimi day-day olduğu üçün vəzifə sahibi olmayıblar, savadları, bilikləri veteranlardan daha yaxşı olduğu üçün iş başındadı. Hər nə qədər ölkə mətbuatında redaksiyasızlıq hökm sürsə də, deməli, bu illər ərzində savadlı kadrlar hazırlaya bilmişik. Və sabiq jurnalistlər minimum maaşla az qala klubların bütün ağırlığını çiyninə götürüb. Əksər veteranlar ilk növbədə maaş davası edir. Eyni zamanda onların klub idarəetməsində əksər vəzifələrin öhdəsindən gəlmək bacarığı yoxdu.

İkincisi, deyək ki, həqiqətən savadları var və klublar onlara iş vermir. O zaman Məmmədov özü niyə veteranlara biganədi? Axı, AFFA-da məhz futbolun içindən çıxmış insanların çalışa biləcəyi çox post var. Bəs, Elxan bəy özü niyə indi klublara məsləhət bildiyi addımı atmır? Marketoloq dostlarına, qohumlarına yüksək maaş, əlavə "paket” , xidməti maşın ayıran baş katib hansı veteranı qanadı altına alıb?

Milli komandalarla bağlı müxtəlif vəzifələr var, eyni zamanda məhz veteranların çalşmalı olduğu sahələr, lakin heç birində top qovmuşlardan kimisə görmürük. Məsələn, ən vacib sahə olan uşaq futboluna teleulduz, marketoloq Yusif Vəliyev rəhbərlik edir. Həmin postda hansısa veteranımız daha faydalı olmazdımı? Və ya məşqçi kurslarına rəhbərlik edən cavan oğlan kimdi? Osman Rəhimov. Bu şəxs tərcüməçidi. Daş veteranların başına ona görə düşüb ki, məşqçilərimizə kateqoriyanı bu adam verir. Elxan bəyin klublara göndərdiyi qeyri-futbol adamlarını, klubların müşahidə şuralarına yeritdiyi 2 jurnalisti də bura əlavə etsək, vəziyyət aydınlaşar.

Məmmədov, milləti üz-üzə qoymayın, nümunə göstərin. Zəhmət olmasa, əvvəlcə özünüz veteranlara qucaq açın, marketoloq dostlarınızı, day-daylarınızın qohumlarını AFFA-dan rədd edin, veteranlara iş verin, ondan sonra klubları qınamağa başlayın. Bəli, utanmalısız, amma klublarda işi aparan əsas şəxslərin jurnalist olmasına görə yox, öz ətrafınıza bacarıqsız "tapışlar”ı yığdığınıza görə…

VÜSAL MAHMUDOV

Futbolinfo.az

 

P.S.:Dünyanın ən ünlü məşqçilərindən olan Joze Mourinyo da vaxtilə jurnalist işləyib.

P.P.S.:Bəli, iş tapşırılan veteranlar da var. Amma onların əksəriyyəti "baş üstə” deyənlər və Məmmədov üçün züy tutanlardı, mütəxəssislər yox.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X