Qazaxıstanın "Ordabasi” klubunu çalışdıran Kaxaber Tsxadadzenin Azərbaycandan yeni təklif alması ilə bağlı informasiyalar səngimir.
Düzdü, mütəxəssis 2020-ci ilin sonuna – müqaviləsinin müddəti bitənə qədər iş yerini dəyişmək niyyətində olmadığını deyib. Ancaq bu fakt belə, onun ölkəmizə dönməyi planlaşdırmadığını düşünməyə əsas vermir.
Bakı "İnter”ində (indiki "Keşlə”) uzun müddət işləmiş gürcünün adı "Neftçi” ilə əvvəllər də yanaşı çəkilib. Roberto Bordin gedəndən sonra "ağ-qaralar”ın baş məşqçi postuna təyin edilən Füzuli Məmmədovun sözləşməsi isə iyunda qüvvədən düşəcək. Olmaya, Tsxadadze "Neftçi”yə gəlir?
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Fanat.Az-a açıqlamasında bunu söylədi:
"Neftçi” gürcü mütəxəssislə danışıq aparmayıb. Klubun belə planı olmayıb və yoxdu”.
Fanat.Az