AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının vaxtı hələ də qeyri-müəyyəndi.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son dəfə yanvarın 28-də bir araya gələn futbol başbilənlərinə dəqiq tarix haqda bu saatlara qədər hər hansı bilgi verilməyib.
Yığıncağın Novruz ərəfəsinə salınacağı – martın 18-də keçiriləcəyi barədə qeyri-rəsmi xəbərlər dolaşsa da, iclasın baş tutacağı tarixi heç qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov da bilmir. Hazırda millinin baş məşqçi postuna namizəd olan 2 əcnəbi ilə danışıq aparan Məmmədov öncə bu işi yoluna qoymağa çalışır.
Bu isə o deməkdi ki, yığıncaq bayram günlərinə "çəkilə” və ya ondan sonraya da qala bilər.
Fanat.Az