Azərbaycan Premyer Liqasında iştirak edən ən gənc və ən yaşlı komanda məlum olub.
Fanat.Az-ın hesablamalarına görə, bu, uyğun olaraq "Qəbələ" və "Keşlə"di.
"Qırmızı-qaralar"ın orta yaş həddi 25,1-di. Bölgə təmsilçisinin ən "qoca" futbolçusu 35 yaşlı qapıçı Anar Nəzirovdu. Qəbələlilərin formasını geyinən ən gənc oyunçu isə Samir Məhərrəmlidi. 2002-ci il doğumlu yarımmüdafiəçi digər qapıçı Müşfiq Nadirovdan 2 ay böyükdü.
Elitanın "ixtiyar"ı "Keşlə"nin ən yaşlısı təbii ki, oynayan-məşqçi Rəşad Sadiqovdu. Tərlan Əhmədovun yetirmələri arasında 2001-ci təvəllüdlü yarımmüdafiəçi Orxan Fərəcov yaşca hamıdan kiçikdi.
Tam siyahı isə belədi:
"Keşlə" - 28,2
"Qarabağ" - 27,85
"Səbail" - 27,24
"Neftçi" - 26,45
"Sabah" - 26,41
"Zirə" - 26, 07
"Sumqayıt" - 25,5
"Qəbələ" - 25,1
Fanat.Az