"Qarabağ"dan Çinin "Xançjou Qrintaun" klubuna keçən Dino Ndlovu karantinə alınıb.
Fanat.Az xəbər verir ki, bunu artıq vətəni CAR-dan bir müddət öncə tərk edtiyi Çinə qayıdan hücumçu özü deyib:
"Təhlükəsiz şəkildə gəldim. İndi 14 gün karantində qalmalıyam. Hava limanında səhhətimi yoxladılar. Artıq hər şeyin qaydasına düşdüyünü demək olar. Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacam”.
Qeyd edək ki, Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.
Fanat.Az