UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın son illərdəki dəyişməz çempionu "Qarabağ” mövqeyini dəyişib. 21 min xalı olan Ağdam klubu 72-ci pilləyə düşüb.
Buna səbəb "Başakşəhər”in Avropa Liqasının 1/8 final mərhələsində "Kopenhagen”i məğlub edərək xallarının sayını 21500-ə çatdırması olub. Türkiyə klubu bu nəticə ilə 71-ci pilləyə yüksəlib.
Qeyd edək ki, siyahıya aktivində 130 min xal olan "Real” başçılıq edir.
Fanat.Az