"Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə vətəni İspaniyaya yollanıb.
Bu barədə "Report"a klubun prezidenti Fariz Nəcəfov məlumat verib.
O bildirib ki, 25 yaşlı yarımmüdafiəçi ailə vəziyyəti ilə əlaqədar ölkəsinə gedib: "Lopeslə gündəlik təmasdayıq. Hazırda o, ailəsi ilə bərabərdi və hər şey qaydasındadı".
F.Nəcəfovun sözlərinə görə, son günlər daha bir neçə legioner futbolçu ölkəsinə qayıtmaq istədiyini bildirib: "Amma indiki halda bu, bir qədər mümkünsüz görünür. Klubumuzun bütün üzvlərinə evdə qalmağı və digər insanlarla maksimum az təmasda olmağı tövsiyə etmişəm".
Qeyd edək ki, İspaniya (140 510) ABŞ-dan (367 659) sonra koronavirusa ən çox vətəndaşının yoluxduğu ikinci ölkədi. İndiyədək bu Avropa ölkəsində pandemiyadan 13 798 nəfər dünyasını dəyişib. Ölüm sayından İspaniya yalnız İtaliyadan (16 523) geri qalır.
Fanat.Az