"Françesko Totti ilə meydanda danışmadım, forma da istəmədim. Sadəcə, ona qarşı oynamaqla arzum həyata keçmişdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə”nin futbolçusu Alvaro Ampuero deyib.
Perulu futbolçu "Parma”da çıxış etdiyi vaxt "Roma”nın əfsanəsi Françesko Tottiyə qarşı oyunu yada salıb. O, 2013-cü ilin 13 martında "Parma”da debüt matçını məhz "Roma”ya qarşı keçirib.
"Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkil verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam", deyə Alvaro bildirib.
Fanat.Az