Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev koronavirus testi verdiyini açıqlayıb. Bir müddət öncə sosial şəbəkədə küçədə gəzəndən sonra hərarəti qalxdığını yazan futbolçu şübhələrinə son qoymaq üçün xəstəxanaya yollanıb.
Fanat.Az xəbər verir ki, virusa yoluxduğunu güman edən Saşanın testinin nəticəsi mənfi çıxıb.
Babası azərbaycanlı olan veteran analizin nəticəsinin fotosunu paylaşıb.
Fanat.Az