16:41 13.04.2020 1029

Ramin Musayev: "Çempionatla bağlı 2 variantımız var"

"Çempionatın bərpası yalnız respublikadakı vəziyyətdən asılıdır. Karantin rejimi ləğv olunandan sonra nə isə danışa bilərik. Bu gün söylədiklərimiz hamısı artıq sözlərdir”.

Bu fikirləri "Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqasının mümkün bərpası barədə danışarkən deyib.

O bildirib ki, çempionatla bağlı iki variant var: "Aprelin 20-də karantin rejimi götürülsə, yəqin ki, klubların hazırlığına 2-3 həftə vaxt verilər. Mayın ortasında başlasaq, çempionatı başa vurmağa vaxtımız çatar. Amma karantin müddəti uzadılsa, Premyer Liqanı vaxtından əvvəl dayandırmalı olacağıq. Hər şey yaxşı olsa, AFFA, Klublar Komitəsi, İcraiyyə Komitəsi ilə bütün məsələləri müzakirə edib ortaq razılığa gələcəyik”.

Avropa ölkələrində bəzi klublar karantin rejiminə baxmayaraq, məşqləri bərpa ediblər. PFL rəhbəri Azərbaycan klublarının hazırlığıa başlaya bilməməkərini belə əsaslandırıb: "Avropa klublarının şəxsi stadionları var. Bizdə isə Gənclər və İdman Nazirliyinin qərarı ilə bütün idman obyektləri bağlıdır. Futbolçular harada məşq etməlidirlər? Ümid edək ki, karantin rejimi aprelin 20-də başa çatsın. Müəyyən qərarlar qəbul edib, çempionatı başa vurmağa çalışacağıq. Bilək ki, çempionumuz, avrokuboklara gedənlərimiz kimlərdir”.

FIFA klubları ilə müqaviləsi iyunun sonunda başa çatan futbolçuların komandalarından ayrıla biləcəyini açıqlayıb. R.Musayev bu qərara da münasibət bildirib: "Futbolçu başqa komandaya keçə bilmirsə, necə olacaq? Havada qalacaq. Deməli, hazırkı klubunda qalıb oynasa, yaxşıdır. Hər şey klublarla futbolçuların arasındakı münasibətdən asılıdır. Klub rəhbərliyi oyunçularla səmimi münasibətdədirsə, yəqin ki, dil taparlar və müqaviləni uzadarlar. Futbolçular da insandırlar, bilirlər ki, bu, kiminsə günahına görə olmayıb”.

PFL prezidenti futbolçuların maaş məsələsində klublara güzəştə getməli olduğunu düşünür: "Mən özüm də klubda işləmişəm. Komandaların mövsümün əvvəlindən büdcələri təsdiqlənir. Məsələn, mənim 100 manat pulum var, 10 gün yemək yeməliyəm. Deməli, günə 10 manat pul xərclənməlidir. 15 gün yemək yeməli olsam, qənaət edib günə 7 manat xərcləyəcəyəm. Müqavilə uzadılarsa, klub əlavə büdcəni haradan tapmalıdır? Bunu da fubolçular fikirləşməlidirlər. Klubda ailə münasibətləri varsa, heç bir məsələdə problem olmaz”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında bir aylıq təxirəsalnmanın müddəti aprelin 14-də yekunlaşacaq. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X