İspaniyanın "Albasete” klubunun XXI əsr üçün ən yaxşı "11-liy”inə namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bununla bağlı "5maseldescuento” nəşri sorğu keçirir.
Namizədlər siyahısında 40 futbolçu yer alıb. Onların arasında "Qarabağ”ın futbolçusu Xayme Romero da var. 30 yaşlı ispan yarımmüdafiəçi 2008/09 mövsümündə "Albasete”də çıxış edib və oynadığı 36 oyunda 3 qol vurub.
Qeyd edək ki, hazırda "Albasete”də Azərbaycan millisinin üzvü Eddi İsrafilov çıxış edir.
Fanat.Az