Koronavirus pandemiyasının futbolu hansı vəziyyətə saldığı bəllidi.
Futbol məktəblərinin qeyri-müəyyən müddətə bağlanması isə gələcəyin futbolçularının ritmdən düşməsi, inkişafdan qalması ilə nəticələnir.
"Baku Sportinq” klubu uşaqlar üçün fərdi məşq proqramı hazırlayıb. Videogörüntülərin köməyi ilə akademiyada çalışan mütəxəssislər uşaqların proqramı necə yerinə yetirdiyi ilə gündəlik maraqlanır.
Bu haqda Fanat.Az-a "Baku Sportinq”in direktoru Vüqar Nadirov məlumat verib: "Təəssüf ki, belə alındı. Ümumi problemdən danışırıqsa, şübhəsiz, insan sağlamlığı hər şeydən önəmlidi. Uşaqların valideynləri ilə söhbətimiz olub. Çünki, evdə balacaların səhlənkarlıq etməməsi birbaşa valideynlərdən asılıdı. Həm özüm futbolun sirlərini bizim akademiyada öyrənən uşaqlarla maraqlanıram, həm də məşqçilər. Fərdi məşqlər kollektiv çalışmaların yerini verməsə də, bunun fasiləsiz, rejimlə yerinə yetirilməsi çox vacibdi”.
Fanat.Az