"Qarabağ”ın ispan legioneri Miçel ölkəsinin mətbuatına müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, yarımmüdafiəçi "El Comercio Digital”a danışıb.
Orta xətt oyunçusu 3,3 milyon avro qarşılığında yerli "Sportinq”dən İPL təmsilçisi "Birmingem”ə keçməsi haqda suala səmimi cavab verib:
"Heç vaxt özümü belə bahalı oyunçu saymamışam. "Sportinq” öz şərtlərini açıqladı, "Birmingem” üçün də bu, böyük məbləğ idi. Premyer Liqa klubuna keçməyimin uğurlu təcrübə olduğunu deyə bilmərəm. Ancaq sonradan bu addımın faydası dəydi”.
2005-2010 aralığında Xixon təmsilçisinin əsas komandasında 138 matça çıxan, 7 qol vuran futbolçu "Qarabağ”la Çempionlar Liqasının qrupunda oynamasından daha yaddaqalan olayı da açıqlayıb:
2008-ci ildə "Sportinq”in elitaya vəsiqə qazanması mənim üçün həyəcanverici idi. O hadisəni Çempionlar Liqasının qrupunda oynamaqdan da üstün sayıram”.
Qeyd edək ki, 1985-ci il doğumlu Miçel 2015-ci ildən "Qarabağ”dadı. O, Ağdam komandasının formasıyla 100 görüş keçirib, 16 qola imza atıb.
Fanat.Az