"Zirə"nin qapıçısı Emil Balayev yenidən Qazaxıstan Premyer Liqasında oynaya bilər.
Fanat.Az xəbər verir ki, bu barədə vesti.kz saytı məlumat yayıb.
Məlumata görə, millimizin qapıçısını "Kaysar"a transferi edə bilər. Billdirilir kiEmilin "Zirə" ilə iyunun 30-na kimi müqavilə imzalaması onun yenidən ölkə xaricində oynamaq arzusundan xəbər verir.
"Kaysar"ın 26 yaşlı qapıçının yeni klubu ola biləcəyi vurğulanıb. Buna səbəb kimi isə komandanın avrokuboklara vəsiqə qazanması göstərilib. "Kaysar"ın baş məşqçisi Stoyço Mladenovin etibarlı qapıçıya ehtiyacı olduğu üçün tərəflərin müəyyən güzəştə getməli olduğu yazılıb.
Qeyd edək ki, EMİL "Zirə"dən əvvəl Qazaxıstanın "Tobol" klubunda çıxış edib.
Fanat.Az