17:07 05.05.2020 965

“Turan”ın əlçatmaz, “Olimpik”in təhlükədə olan rekordu

Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü "Qarabağ”ın müdafiədəki etibarlı oyunu ilə diqqət çəkir.

Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, yarışın lideri keçirdiyi 20 matçda cəmi 7 top buraxıb. 1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, bu, heç də ən yaxşı nəticə deyil.

Ən az qol buraxmaqda mütləq rekord "Turan”a məxsusdur. Tovuz klubu 1993-cü ildə cəmi 5 qol buraxıb. Hərəyə 7 dəfə topu qapısında görən "Neftçi” və "Olimpik” (sonrakı "Şüvəlan”) ikinci göstəriciyə şərikdir. "Qarabağ”in indiki nəticəsi ikinciliyə şərik olmaq imkanı verir. Lakin bu şansdan yararlanmaq üçün ağdamlılar mövsümün bərpasından sonra qol buraxmamalıdır.

Azərbaycan çempionatında mövsüm ərzində ən az qol buraxan 5 komanda

1. "Turan” (1993) - 5
2-3. "Neftçi” (2001/02) - 7
"Olimpik” (2007/08) - 7
4. "Şəmkir” (1999/2000) - 8
5. "Karvan” (2005/06) - 9

"Turan”ın 1993-cü ildəki rekordunda oyun sayının azlığı az rol oynamayıb. Qərblilər 18 qrup və 2 pley-off matçı keçirib. Bu qarşılaşmalardan da üçü texniki nəticə ilə yekunlaşıb. Baş tutan görüşlərdəki orta göstərici isə 0,29-a bərabərdir. Bu, yalnız 3-cü nəticədir. Rekord isə "Olimpik”in 2007/08 mövsümündəki göstəricisidir. Amma bu rekordun keçilməsi ehtimalı mövcuddur. Paytaxt klubu üçün təhlükənin səbəbi cari mövsümün 20 oyununda 7 top buraxan "Qarabağ”dır. Liderin indiki nəticəsi 0,35-ə bərabərdir. Bu, hələlik yalnız 5-ci yerə şərik olmaq imkanı verir. Amma Ağdam klubu mövsümün bərpasından sonra qol buraxmasa, mütləq rekorda imza atmış olacaq. Bunun üçün son çempion daha 8 quru oyun keçirməlidir.

Azərbaycan çempionatında mövsüm ərzində orta hesabla ən az qol buraxan 5 komanda

1. "Olimpik” (2007/08) - 0,27
2. "Neftçi” (2001/02) - 0,28
3. "Turan” (1993) -0,29
4. "Bakı” (2004/05) - 0,34
5. "Karvan” (2005/06) - 0,35

Qeyd edək ki, orta göstərici hesablanarkən texniki nəticə ilə başa çatan oyunlar və belə matçlardakı top fərqi nəzərə alınmayıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X