"Zirə”nin müdafiəçisi Alvaro Ampuero Azərbaycanı tərk edə bilər.
Fanat.Az-ın məlumatına görə, perulu futbolçunun "qartallar”la imzaladığı icarə müqavilənin müddəti bu yay başa çatır. Klub 28 yaşlı cənubi amerikalıya yeni anlaşma təklif etməyib.
Perunun elita təmsilçisi "Deportivo Munisipal”dan icarəyə götürülən futbolçuya ölkəsinin 2 klubunun ciddi maraq göstərdiyini də vurğulayaq.
Fanat.Az