17:08 23.05.2020 1220

Koronavirusa yoluxan Anar Cəfərsoy son durumundan danışdı

"Allaha şükür, səhhətimdə dəyişikliklər müsbətə doğru gedir. Hazırda özümü yaxşı hiss edirəm. Müalicəmin gedişi nikbinliyə əsas verir. Qanımdan analiz verimişəm. Sevindirici məqam bu oldu ki, orda viris yoxdur. Qanda virus olanda, müalicə prosesi ləngiyir, daha çox vaxt  aparır. Ağciyərlərdə pnevmaniya var ki, onunla bağlı müalicə yazılıb. Gündə 3-4 dəfə sistem qoşulur, 5-6 dərman atıram". 

Bu fikirləri koronavirusa yoluxan azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy bildirib.

Hazırda müalicə prosesi gedən təcrübəli həmkarımız bir həftədi onu müalicə edən həkimlərin böyük diqqətini gördüyünü qeyd edib: "Tibb işçiləri işlərinə çox ciddi yanaşırlar. Xüsusilə həkim Şərəf Hüseynovaya və böyük tibb bacısı Könül Vəliyevaya dərin minnətdarlığımı bildirirəm. Hər gün dəfərlələ həratətimi, qan təzyiqimi yoxlayırlar. Xəstələrə böyük diqqət, qayğı var, şərait ən yüksək səviyyədədir. Bunadək 5 gün köhnə "Semaşko"daydım. Üç gündür Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olunuram. Dünən hərarətim 39 dərəcə olmuşdu. Həkim dedi ki, təhlükəli deyil, narahat olma. Hərarətin olmağı bədənin immunetitinin göstəricisidi. İynə vurdular, hərarətim aşağı düşdü. Onu da sizə deyim ki, hərarətim hərdən artanda, özümü narahat hiss etmirəm. İynə də vurulmasa, bir neçə saata keçib gedir".

A.Cəfərsoy müalicə prosesinin nə vaxt başa çatacağının hələ ki, bilinmədiyini söyləyib: "Adətən 5-7 gün müalicə prosesi olur. İlk testimi mayın 15-də vermişdim, cavabı neqativ çıxmışdı. Üç gün sonra gəldim xəstəxanaya. burnumdan, boğazımdan test götürdülər. Bir neçə gün sonra "Semaşko"da mənə dedilər ki, testinizin cavabı pozitiv çıxıb, sizdə koronavirus aşkarlanıb. Buna görə də məni hazırda olduğum yerə gətirməyə qərar verdilər".

supersport.az saytının baş redaktoru olan həmsöhbətimizin ailəsində koronavirus özünə qədər anasında aşkarlanıb. Anardan anasının vəziyyətini soruşduqda çox ağır olduğunu diqqətimizə çatdırdı: "İnşallah, qismət olsa, avqustda 70 illik yubileyi olacaq. Anamda da birinci testin cavabı neqativ olmuşdu. Sonra apardıq xəstəxanaya, orda verilən ikinci testin cavabı pozitiv olduğu aşkarlandı. Allah ona yardım eləsin, pnevmaniyanın ən kəskin formasıdı. Çox təəssüf ki, anamın qanında koronaviris aşkarlandı. Bu da əlavə müalicə almalı olması deməkdi. Böyrəyi dializ olunur. Əvvəl şəkərli diabeti yox idi, indi bu xəstəlik də çıxıb. Bunun ürəyə də mənfi təsiri var. Bildiniz kimi, ümumiyyətlə, şəkərli diabetin bütün orqanlara mənfi təsiri var. Bir sözlə, anam neçə müddətdir xəstəliklə çarpışır".

A.Cəfərsoy "Facebook" sosail şəbəkəsində şəxsi səhifəsində koronavirusa tutulmasıyla bağlı məlumat paylaşandan sonra ona çox diqqət göstərildiyini söyləyib: "Allah hamısından razı olsun. Heç kimdən ummuram ki, mobil nömrəmə yığaraq, halımdan xəbərdar olsunlar. Onları da narahat eləmək istəmirəm. Özünüz bilirsiniz ki, telefonla danışanda, xəstənin özü də narahat olur. Saytınız vasitəsilə həmkarlarıma, ümumiyyətlə, çalışdığı sahədən asılı olmayaraq mənimlə maraqlanan cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin hər birinə böyük təşəkkürümü çatdırıram. Yəni, "Allah şəfa versin" sözü belə mənim üçün böyük dərmandır. Hər bir şeyi heç vaxt pulla ölçmürəm. "Qarabağ" mediaya hər zaman xüsusi diqqət göstərdiyini bu dəfə də nümayiş etdirdi. Klub rəhbərliyindən direktor Əmrah Çəlikəl şəxsən mənimlə əlaqə saxlayaraq, istər mənəvi, istərsə də maddi dəstək veriləcəyini bildirdi. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da mənə telefon açaraq vəziyyətimlə maraqlandı, dəstəyini göstərdi. Buna görə onlara, "Qarabağ" klubuna dərin minnətdarlığımı bildirirəm".

Həmkarımız Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) ona göstərdiyi diqqəti də xüsusi qeyd etməyi lazım bildi: "Bu qurumun da zəhmətini yerə vura bilmərəm, ədalətsizlik olardı. Başda prezidenti Qabil Mehdiyev olmaqla AİJF-yə, onun İdarə Heyətinə, bütün üzvlərinə mənə göstərdikləri dəstəyə görə "çox sağ ol" deyirəm. Yeni yaranan qurum olmasına baxmayaraq, media əhlini diqqətdə saxlayır. Qabil müəllim mənimlə əlaqə saxlayaraq, rəhbərlik etdiyi federasiyanın daim yanımda olmasını söylədi, şəfa dilədi, koronavirusa qalib gələcəyimə inamını bildirdi. Bundan əlavə, AİJF mənə maliyyə yardımı da elədi - hesabıma 300 AZN məbləğində pul köçürüldü. Allah köməkləri olsun. Açığı, ummurdum, Mehdiyevin zəngi belə böyük mənəvi dəstək oldu".

Mənbə: sport24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X