11:23 27.05.2020 1442

Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

Sirr deyil ki, acınacaqlı durumda olan futbolumuzun ana sponsoru ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ali futbol qurumumuzla - AFFA ilə yanaşı klublara da dəstəyini əsirgəmir. Bu "xeyirxah” əməl UEFA-nın qaydalarına zidd olsa da, "klub qəbiristanlığı”nda "məzar”ların sayının artmamasına hesablanmış məcburi addımdı. Etiraf etmək lazımdı ki, sözügedən ianə mövsümü normal yola vermək üçün klublara böyük dəstəkdi. Elə bu məqsədlə də, SOCAR-dan hər il ayrılan  MİLYONLAR AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun ədalətinə həvalə edilib.  Cənab Məmmədovun ədalət tərəzisi isə illərdi  "bu mənim klubumdu, bu Azərbaycan klubudu” prinsipi ilə işlədiyindən klubların haqlı narazılığına səbəb olur. Düzdü, bu narazılıqlar açıq-aşkar, rəsmi formada olmadığından çoxlarımız baş verənlərdən xəbərsizik. 

Sual oluna bilər, niyə rəsmi şəkildə etiraz edən yoxdu ki, ictimaiyyət də xəbərdar olsun? Cavabı çox sadədi: ayrılan milyonlar rəsmi deyil! 
Əslində necə olmalıdı...

Dövlətin futbola və klublara diqqətini, yardımını FİFA, UEFA qadağan etmir. Təbii, bu diqqət, yardım proporsional qaydada aparılsa... Yenə sual yaranır ki, bu maliyyə dolayısı ilə dövlətdən çıxırsa, niyə rəsmiləşdirilmir?

Niyəsinə nəzər salaq...

Azərbaycanda futbolun inkişafına birbaşa cavabdeh olan qurum AFFA-dı. Məhz sözügedən maliyyənin rəsmiləşməsi üçün də bu qurum tərəfindən proqram hazırlanıb dövlətə təqdim olunmalıdı. Və bundan sonra AFFA  kənara çəkilməli, klublar dövlət tərəfindən ayrılan yardımı  birbaşa özləri almalıdı. Yuxarıda qeyd etdiyim kimi, bu yardıma AFFA qarışarsa, beynəlxalq qaydaları pozmuş olar. Futbol qurumunda da bu işlər Elxan Məmmədovun səlahiyyətindədi. Elxan bəyin bu ianədə marağı yoxdursa, klubları mənim, sənin prinsipi ilə bölmürsə, niyə milyonların rəsmiləşməsinə imkan vermir? Azərbaycan Premyer Liqasında çıxış edə səkkiz komandadan beşi məhz cənab Məmmədovun kurasiyasındadı. Üç klub vitse-prezidentin daim ögey münasibətinin qurbanıdı.
Elxan Məmmədovun xeyir-duası ilə klublara ayrılan təxmini illik yardımı diqqətinizə çatdırım.

"Neftçi” - Məlum məsələdir ki, SOCAR tərəfindən maliyyələşir və Məmmədovun bu büdcənin təyin olunmasında rolu böyükdü. İllik  10 milyon manat civarında...

"Keşlə” - ötən mövsüm  7, bu mövsüm 5 milyon.

"Sumqayıt” – "Azərkimya”dan əlavə, hər il  1 milyon manat. Milyondan başqa, əksər xərcləri AFFA  ödəyir. Məsələn, bəzi futbolçuların maaşı assosiasiya tərəfindən verilir. "Gələcəkdə bu futbolçularin millidə oynamaq perspektivi var” kimi rəsmiləşir. Belə futbolçulardan Peyman Babaini misal gətirmək olar. İcarə əsasında oynayır və icarə haqqı 50 min dollardı. Sözügedən oyunçunun xərcini tam olaraq AFFA çəkir. Bəzi futbolçuların maaşlarının yarısını "Sumqayıt”, yarısını AFFA verir. Elə  xərclər var ki, federasiya boynuna götürüb. Təkrar diqqətinizə çatdırım ki, bu pulların ayrılan milyona aidiyyatı yoxdu.
"Səbail” -  keçən il 4, bu mövsüm üçün 2-2,5 milyon manat verilib. 

"Sabah” -  1,5 milyon manat.

Hətta vitse-prezidentin klubları arasında bir-birinə qarşı qısqanclıq da var. Zaman-zaman "Sumqayıt”ın "biz "Keşlə”dən daha yaxşı klubuq. Niyə onlara bizdən çox pul ayrılır” sualı ilə etiraz etdiyi də bildirilir.

Yaxşı, bəs bu siyahıda niyə "Qarabağ”, "Qəbələ”, "Zirə” yoxdu? Deyə bilərsiz ki, "Qarabağ”ın büdcəsi belə, sponsoru belə... Nə dəxli var? Dolayısı ilə dövlət tərəfindən gələn puldu, uşaq futbolunun inkişafına və ya maliyyə səbəbindən  yubanan hansısa başqa işə ayrılacaq.

Bu üç klub rəhbərliyi ilə "vitse”nin münasibətinin sərin olması heç kəsə sirr deyil. Adları çəkilən elita təmsilçilərində  kadr yerləşdirmək imkanının mümkünsüzlüyü qeyd etdiyim ayrıseçkiliyin əsas səbəbidi. Yəni dövlətdən gələn maliyyə şəxsi münasibətlər və prinsiplər üzərindən bölüşdürülür.
"Qarabağ” üçün bəhanə gətirə bilərsiz, bu gün ehtiyyacı olan "Qəbələ”yə, "Zirə”yə niyə ayrılmasın ortada olan milyonlardan? Bu klublar dəstək verdiyiniz "otkat” komandalarından azmı xeyir verib Azərbaycan futboluna?

Təəssüf ki, cavab eynidi, yuxarıda qeyd etdiyim kimi... 

Bu mənim klubumdu, onlar isə Azərbaycanın.
 
Əli Sahib
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X