"PFL klubların beşgündənbir oyun keçirmək istəyini nəzərə alaraq belə bir təqvim yaratdı. Biz də məlum fors-major halında qurulan təqvimə uyğun plan hazırlamalıydıq”.
Bunu Fanat.Az-a açıqlamasında "CBC Sport”un xəbərlər xidmətinin rəhbəri Şəmsəddin Abbasov deyib.
Abbasov eyni gündə baş tutacaq 4 matçı necə yayımlayacaqlarına da aydınlıq gətirib:
"Premyer Liqanın oyunlarını yayımlamaq bizim eksklüziv hüququmuzdu. Başqa telekanalla paylaşmaq fikrində deyilik. Hamısını canlı göstərmək imkanımız yoxdu. Oyunların ikisi canlı yayımlanacaq. Qalan iki matç isə 2-3 kamera ilə çəkiləcək və sonradan təqdim olunacaq”.
Fanat.Az