22:52 09.06.2020 943

Qurban Qurbanov: "Qeyenin düzəlməsi bir az çətin olacaqdı"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün "Sabah”a qarşı keçirdikləri yoxlama görüşünü dəyərləndirib.
 
Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın çalışdırcısı 5:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında matç haqda fikirlərini bölüşəndən sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- 3 aya yaxındı ki, böyük futboldan uzaq idik. Futbolçular həddindən artıq istəkliydilər. Səhvlər də çox idi. Bunu normal qəbul edirik. Oyun və nəticə öz yerində, daha çox yaşıl meydanlara qayıtdığımız üçün sevinirik. İnşallah, qarşıdakı oyunlarımız da problemsiz olar.
 
- Komanda təxminən bir həftədi ki, məşqlərə başlayıb. Komandanın tam formaya düşməsi üçün nə qədər vaxt lazımdı?
- Dəqiq cavab verə bilməyəcəm. Hələ konkret bir rəqəm yoxdu. Həftənin son iki günü yenə karantin olacaq, məşqlərdən uzaq qalacağıq. 21 gün vaxtımız var idisə, artıq 4 günü azalır. Həddindən artıq diqqətli olmalıyıq. Fasilədən sonra ilk oyunda futbolçular istəkli, gücü çox olur. Fiziki yükləmələrdən daha çox onların bərpasına fikir verməliyik. Bu, bizim üçün problemlər yaradacaq. Əvvəlki formaya qayıtmaq üçün çox oyun keçirməli olacağıq. Əvvəl qış hazırlığından sonra 3-4 tur sonra formaya düşəcəyimizi deyirdik. Ancaq indi belə vəziyyət fərqlidi. Düzgün hazırlıq planı qurmalı, tələsməməliyik. Ola bilər ki, çempionatın sonuna komanda formasını bərpa etsin.
 
- Həftəsonu məşq üçün Qəbələyə gedəcəksizmi?
- Gedib-getməyəcəyimiz dəqiq deyil. Üçgünlük karantinə görə getmək fikri yaranmışdı. Gərək Operativ Qərargahın da icazəsi olsun. Çünki, rayonlara gediş yoxdu. Ümid edirəm ki, hazırlıq ora getməyə ehtiyac olmayacaq.
 
- Karantin dövründə dincələ bildizmi?
- Bir az yaxşı tərəfləri də oldu. Nə qədər ailəylə evdə olsaq da, işimizə görə daha çox güc sərf etdik. Hamımız üçün böyük bir imtahan idi. Futbolçularımızın da peşəkarlaşması üçün bunun faydası olacaq. Təki hamı sağlam olsun. Çempionatın bir ay gec, bir ay tez bitməsi problem olmaz. Ümumilikdə futbol üçün böyük zərbə oldu.
 
- Birhəftəlik məşqdən sonra belə oyundan razı qaldızmı? 
- Bu müddətdə futbolçular passiv qalmamışdılar. İlk hissədə rəqib fərqli taktika ilə oynadı. Ümumiyyətlə, narahat olduğum bu gün meydandakı hərəkət yox, onların bərpasıdı. Futbolçular neçə illərdi bir yerdə oynayır. Bəzi epizodlarda artıq güc də sərf etmirdilər. Əlavə fiziki güc itirməməyə çalışırdılar
 
- Maqaye Qeye "Qarabağ"dan öz istəyiylə ayrıldımı?
- Qarşılıqlı razılıq oldu. Müqaviləsi var idi, razılıq olmasaydı, yolları ayıra bilməzdik. Ona təklif var idi və razılıq əldə olundu. Bütün futbolçular da bilir ki, mənim çəkiylə bağlı tələblərim çoxdu. Karantindən sonra Qeyenin düzəlməsi bir az çətin olacaqdı. Qeyenin komanda üçün faydası çox oldu. Həm vurduğu qollar, həm də assistləriylə ustalığını ortalığa qoya bilmişdi. Ancaq futbol get-gedə daha sürətli olur.
 
- Vaqner da Silvaya təkliflərin olduğu deyilir. Komandada qalacaqmı?
- Ümumiyyətlə, bütün futbolçulara demişəm ki, düzgün - gözləmə mövqeyi tutmalıyıq. Bilmirik ki, gələcəkdə necə olacaq. Tələsməli deyilik. Çempionatı tam bitirməliyik. Mövsümdən sonra müqaviləsi bitən futbolçularla danışıqları bərpa edəcəyik.
 
- Rəşad Sadıqovla karyerasıyla bağlı fikir mübadiləsi aparmısız?
- Qərarımızı vermişik. Ciddi dəyişiklik olmazsa, qərarımız yerində qalacaq. Rəşad daha əvvəl karyerasını bitirmək istəyirdi, mən saxlamışdım.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X