15:53 11.06.2020 1389

Vaqif Sadıqovun bağlaması

Ellə gələn dərd toy-bayramdı, deyirlər. Dünya bizim elimiz olmasa da, elimiz dünyanın dərdindən kənarda qalmadı. Ayda yaşamırıq ki... Baş verənlərin səbəbləri və məsələnin nə dərəcədə ciddi olduğu haqda heç nə yazmayacam. Şübhəsiz,  öz fikirlərim var. Yazaram, düzgün anlamazlar. Bir də axı ÜST-ün siyasi, yoxsa sağlamlığın keşiyində duran qurum olmasından mənə nə? Dərdim bir Qarabağ, bir də Azərbaycan futbolunun dərdidi.
 
Ümidlərim ölənə yaxın dirilib, uzun müddət həsrətini çəkdiyimiz çempionatımız da başlamaq üzrədi. Zəif-güclü, rəqabətli-rəqabətsiz prizmasından yanaşmıram. Həmişə demişəm, Azərbaycan Premyer Liqasından başqa hər hansı çempionatda baş verənlərə şüşə qapının o tərəfindən baxıram. Tutaq ki, La Liqanın prezidenti Xavyer Tebasın problemləri mənə zərrə qədər də maraqlı deyil. Heç hüquqi quruluşuna görə başqalarından daha çox zərər görən "Barselona"nın nə qədər maliyyə itirəcəyi, hansı ulduzlarını kimə satacağı da. 2012-ci ilin yayından - "Neftçi" qeyri-futbol adamlarının yaratdığı psixoloji baryeri yırtıb Avroliqanın qrupuna düşəndən bəri Azərbaycan aidiyyatı olmayan heç bir komandanın qələbəsi və ya yenilgisinə həyəcanlanmıram. Futbolun səviyyəsindən zövq almaq başqa, amma bütün duyğularımı ölkə futboluna yönəltmişəm. Belə deyim, "Neftçi" - "Qarabağ" oyunu gedirsə, paralel keçirilən "Real" - "Barselona", "Qalatasaray" - "Fənərbağça" və ya Mançester derbisinin uzağı videoyazısını izləyərəm. O da bizimkilərin 90 dəqiqəlik dueli yekunlaşandan sonra izləməli nəsə qalmasa...

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun ölkə mətbuatına verdiyi son açıqlamanı oxuyanda bu gün səhər çəkdirdiyim ağıl dişlərimi sanki gözəgörünməz bir əllə qaytarıb yerinə qoydular. Vaqif müəllimə qarşı hər hansı qərəzim yoxdu, dəfələrlə ünsiyyətdə olmuşuq. İşsiz mütəxəssis olduğu dönəmlərdə gündəmdə olan futbol olayları ilə bağlı sözügedən adamdan demək olar, ayda 2-3 dəfə açıqlama almışam. Yaxşı danışıq qabiliyyəti var. Bəziləri kimi ağzından şorba tökülmür. Fikrini yetərincə yaxşı ifadə edir. Hərdən adama elə gəlir ki, Sadıqov məhz danışmaq üçündü.

Danışmağına bu dəfə də danışıb. Amma "report"a dedikləriylə "açıqlama" anlayışı hara çevirsən də uzlaşmır. Qafiyə ilə söyləsəydi, qıfılbənd adlandırardım. Assosiasiya rəsmisi nitqinə Operativ Qərargah, insan sağlamlığı, futbolçuları qorumağın vacibliyi üzərindən geniş və əslində heç bir məna ifadə etməyən giriş verib. Ardından səsləndirdiyi fikirlərə bir də baxaq:

"Çempionatın ləğv olunması da variantlardan biridi. Mən elə-belə demədim ki, PFL müxtəlif variantları müzakirə edir. Bu da son variantlardan biridi. Bir şeyi yaddan çıxartmamalıyıq ki, məşqlərə start vermək və çempionata başlamaq qərarları AFFA, PFL və klublarla birgə qəbul edilib. Hesab edirəm ki, bu gün çempionatın ləğvinə ehtiyac varsa, ilk növbədə, bu qurumlar yenidən bir araya gəlib müzakirələr aparmalıdı və görüşün nəticəsi AFFA İcraiyyə Komitəsinin üzvlərinə çatdırılmalıdı. Ondan sonra İK bunu müzakirə edə bilər. Klublar şənbə və bazar günlərini buraxmalı olur. Hazırlıq üçün çox az gündən istifadə edəcəklər. Bəlli deyil ki, çempionatın gedişatında hansı hadisələr baş verəcək. Bütün futbolumuzu böyük risk altında qoyuruqsa, hesab edirəm ki, bunu müzakirə etmək mümkündü".

Bu bağlamanı (yuxarıda dedim axı, belə açıqlama olmur) "şüşəli sarayın baş vəzir"i - Elxan Məmmədov desəydi, heç kimi bu qədər yandırmazdı. AÇ-2020-nin qrupuna düşməkdən dəm vuran Məmmədovun gətirdiklərinin həmin tsikli 1 xalla başa vurduğunu görmüş adamlarıq, gülümsəyərdik, keçərdik. Məşhur fiaskonun - "Berlin Akademiyası" layihəsinin rəhbəri Rauf Əliyevin, digər vitse-prezident Elşad Nəsirovun dilindən eşitsəydik, başqa cür reaksiya verərdik. Fəqət bunu Azərbaycan futbolunun taleyinin kimlər tərəfindən və nə boyda riskə atıldığını əlinin içi kimi bilən, danışmaq lazım gələndə susan Sadıqovun söyləməsi bir ayrı rəzalətdi. 

Təbii, mövcud durumun öz çətinlikləri var.  Amma bu çətinliklərin heç biri futbolun problemlərinin bir qulpundan yapışmaq əvəzinə söz oynadan Sadıqovun bağlamasını qəbul etmək qədər çətin deyil. Bəlli həqiqətdi ki, futbol adamı üçün ən böyük qorxu futbolsuz qalmaq olmalıdı. Belə deyilsə, İK üzvünün çempionatın bərpası uğrunda nəinki döyüşməyə, heç ümid qoxulu beş-altı kəlmə də deməyə cəsarəti çatmırsa, deməli, onu da o birilərin gözünə qatmağa gecikmişik. 

Nihat Ağasoy
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X