"Neftçi"nin zədəli futbolçuları Evangelos Platellas və Stiven Monrozun durumuna aydınlıq gəlib.
Klubun Mətbuat katibi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, hər iki legioner bir müddət istirahət etməli olacaqlar.
Onlar təqribən 10 gün məşqlərdən kənarda qalacaqlar.
Qeyd edək ki, yunanıstanlı yarımmüdafiəçi "Keşlə" ilə oyunda (3:1), fransalı hücumçu isə "Qəbələ" ilə matçda zədələnmişdi.
Fanat.Az