Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan yerli liqalarla bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, çempionatların vaxtından əvvəl başa çatdırılması məqsəduyğun hesab olunub. Ölkədə yeni mövsümün isə avqustda start götürəcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas" klubu mövsümü 14 komanda arasında 9-cu pillədə başa vurub. 30 yaşlı milliləşmiş braziliyalı qış fasiləsində "Qarabağ"dan BƏƏ klubuna keçib.
Fanat.Az