"Qarabağ”ın formasını geyindiyi üçün "Neftçi” tərəfindən cərimələnən Baqali Dabonun aldığı para cəzasının detalları məlum olub.
Fanat.Az azerisport.com-a istinadən xəbər verir ki, fransalı hücumçu 41 000 dollar (70 000 manata yaxın) məbləğində cərimələnib.
31 yaşlı oyunçu "ağ-qaralar”ın rəhbərliyi ilə razılaşmaq niyyətində və buna görə FİFA-ya şikayət etməkdə qərarlıdı.
Xatırladaq ki, Dabonun "Qarabağ”ın formasındakı videosunu sosial şəbəkədə həyat yoldaşı paylaşmışdı.
Fanat.Az