"Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Bakı klubu Miyuşko Boyoviçlə yeni sözləşmə imzalayıb.
Boyoviç 1 illik anlaşmaya qol çəkib.
"Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu "Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.
Fanat.Az