Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" daha 2 legionerlə vidalaşmağa qərar verib.
Fanat.Az-a açıqlamasında komandanın baş məşqçisi Tərlan Əhmədov deyib. Mütəxəssis argentinalı müdafiəçi Franko Flores və paraqvaylı hücumçu Lorenzo Frutosla yolların ayrıldığını açıqlayıb:
"Flores və Frutosla müqavilə yeniləməyi uyğun saymadıq. Əlbəttə ki, oyun səviyyəmizi yaxşılaşdırmaq üçün müəyyən dəyişikliklərə ehtiyac var. Hər iki oyunçuya gələcək karyeralarında uğurlar arzulayırıq".
Fanat.Az