"Neftçi"dən ayrılan Baqali Dabonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu Cənubi Kiprin "Apollon" klubu ilə müqavilə imzalayıb.
Anlaşmanın müddəti 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Baqali Dabo Azərbaycanda "Neftçi"dən başqa "Qəbələ"də də çıxış edib.
Fanat.Az