Estoniya Kubokunun final matçı baş tutub.
Fanat.Az xəbər verir ki, Nurlan Novruzovun çıxış etdiyi "Narva Trans" həlledici matçda "Flora" ilə üz-üzə gəlib. Tallindəki "A. Le Kok Arena"da təşkil olunmuş qarşılaşma "Flora"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nurlan Novruzov isə meydana 70-ci dəqiqədə daxil olub və 86-cı dəqiqədə sarı vərəqə alıb. "Narva Trans"ın yeganə qoluna vaxtilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkara vurub.
Qeyd edək ki, "Flora" tarixində 8-ci dəfə Estoniya Kubokuna sahib olub.
Fanat.Az