Bu gün Qəbələdə təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, bu, Rəşad Sadıqovun rəhbərliyi altında "Zirə"nin ilk oyunu olacaq. Eləcə də gənc mütəxəssis özü klub baş məşqçisi qismində qeyri-rəsmi də olsa ilk oyununa çıxacaq. Matç saat 20.00-da başlanacaq.
Görüşdə Sadıqovun yeni transferlərlə yanaşı əvəzedici heyətdən bəzi gənc futbolçulara da şans verəcəyi gözlənilir.
Fanat.Az