Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ”la "Keşlə” klubları ikinci dəfə yoxlama oyununda üz-üzə gəliblər.
Fanat.az xəbər verir ki, ilk oyunda olduğu kimi bu dəfə də Ağdam təmsilçisi meydanı qələbə ilə tərk edib.
İlk matçda 3:1 hesabı ilə qalib gələn "Qarabağ"da ikinci oyunda 4:0 hesabı ilə qalib gəlib.
Komandanın heyətində Kvabena Ovusu, Kevin Medina hərəyə bir, Mahir Emreli isə iki dəfə dəfə fərqlənib.
Qeyd edək ki, "Keşlə” bunadək "Qarabağ” (1:3), "Zirə” (1:0) və "Səbail”lə qarşılaşıbsa, "Qarabağ” "Keşlə” (3:1), "Sabah” (1:2) və "Neftçi” (1:0) ilə görüşüb.
Fanat.az