"Sumqayıt"ın fiziki hazırlıq üzrə yeni məşqçisi müəyyənləşib.
Klubun Mətbuat katibi Rəşad Məmmədovun
"Report"a verdiyi məlumata görə, Jerar Merino Elqarristo ilə razılıq əldə olunub.
Avqustun 10-da Bakıya gələcək ispaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Elqarristo bu vəzifədə Türkiyənin "Gənclərbirliyi" komandasına keçən həmyerlisi Eduardo Karo Baladanı əvəzləyəcək.
Fanat.Az