16:17 08.08.2020 1458

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

Xəbər verdiyimiz kimi, millimizin sabiq yarımmüdafiəçisi Mirhüseyn Seyidov koronavirusa yoluxub. 

Keçmiş futbolçunun səhhətinin necə olduğunu maraqlanmaq üçün özü ilə əlaqə saxladıq. 

Seyidov Fanat.az-a açıqlamasında bildirdi ki, indi vəziyyəti yaxşıdır:
 
"Demək olar ki, düzəlmişəm. Bu gün müalicəmin 21-ci günü tamam oldu. Artıq ağrılarım azalıb. Sadəcə 1-2 günlük dərmanlarım qalıb. Onları da qəbul etdikdən sonra yenidən test verəcəm". 

27 yaşlı sabiq futbolçu insanları koronavirusa yoluxmaya səbəb olacaq amillərdən ehtiyatlı olmağa çağırdı: 
 
"Məndə qan analizi neqativ çıxdı, amma ağrılarım olduğu üçün KT çəkdirdim. O zaman ciyərimdə ləkə göründü. O da ən çox soyuqdan olur, boğazdan düşür. Deyəcəyim odur ki, hər kəs özünü əsas soyuqdan qorusun. İdmandan sonra, tərli vaxtda kondisionerdən, soyuq sudan, dondurmadan ehtiyat etsinlər. Çünki bunlar təsir edir. Şükürlər olsun ki, məndə elə də ağır formada deyildi. Amma xoşagəlməz ağrılar var və bu hal adamı narahat edir. Bilmirsən ki, nədəndir: yorğunluqdan, yoxsa yuxusuzluqdan. Hamı özünü qorusun. Əsas da evdə yaşlı valideynləri olanlar onlarla mümkün qədər çox təmasda olmasınlar. Bu arada Avroliqada çıxış edəcək komandalarımıza uğurlar. Bu il çətin ildir və bu çətin vaxtda millimizə, idmançılara möhkəm can sağlığı arzu edirəm". 

2 gün sonra ad gününü qeyd edəcək Mirhüseyn bu ilki ad günü tədbirinin əvvəlki illərdən fərqlənməyəcəyini də qeyd etdi: 
 
"Həmişə necə keçibsə, bu il də elə olacaq. Heç vaxt böyük məclislərin tərəfdarı olmamışam. Məclis üçün çəkilən xərclərin yarısını bu gün kiməsə kömək üçün istifadə etmək mənim üçün həm böyük hədiyyə, həm də sevindirici olar. Bu gün çətin dönəmdən keçirik. Maksimum çalışıb ehtiyacı olanlara dəstək olmalıyıq". 

Son olaraq futbol mövzusuna qayıdaraq, PFL-in 21 avqustda ölkə çempionatına start vermək qərarına münasibət öyrəndik. Seyidovun fikrincə, qurumun bu addımı məqsədəuyğundur: 
 
"Karantini uzatmaqla iş bitmir. Sadəcə qorunub qaydalara əməl etsək, mənə elə gəlir ki, problem olmayacaq. Nəzərə alsaq ki, qarşıda Avroliqa və millinin oyunları var, çempionat başlamalıdır. Yoxsa klublar bir yana, millimiz üçün çox çətin olar". 
 
Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

Facebookdan bizi izləməyi unutmayın.
X