Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq "Sileks" Makedoniya liqasında mövsümün ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Belasitsa" ilə qarşılaşan Kratovo təmsilçisi rəqib meydanında 6:0 hesablı darmadağına sevinib.
Qolları İvan İvanovski (47) Pepi Georgiyev (59) Denis Ristov (70,84) və Stefan Curiç (88, 90+2) vurub.
Qeyd edək ki, "Qarabağ" "Sileks"lə avqustun 18-də və ya 19-da Bakıda oynayacaq.
Fanat.Az