16:58 18.08.2020 854

"Qarabağ"a kömək edə bilməmək ağır hissdir" - Qara Qarayev

"Özümü narahat hiss edirəm, komandama kömək etməmək mənim üçün ağır hissdir. Buna baxmayaraq, idmanda belə hallar yaşanır".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniya "Sileks"i ilə oyundan öncə deyib. 

28 yaşlı yarımmüdafiəçi cəza səbəbindən bu günkü matçda iştirak etməyəcək. Qarayev 2019/2020 mövsümündə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə 1:1 bərabərə qaldıqları matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 

Bu səbəbdən bir matçlıq cəza alan orta xətt oyunçusu komandasına kömək edə bilmədiyi üçün üzüldüyünü söyləyib: "Ruhum, hisslərim və mənəviyyatımla komandamın yanındayam". 

Qarayev sarı vərəqə cəzalarının növbəti mövsümə şamil edilməsini əvvəl doğru qərar kimi qəbul etdiyini vurğulayıb: "Düşünürdüm ki, koronavirus pandemiyası ilə bağlı hansısa güzəşt edərlər, çünki mən birbaşa qırmızı vərəqə almamışdım. UEFA-nın böyük dəyişikliklər etməsi, əvəzetmələrin sayının artmasından sonra fikirləşirdim ki, cəzanın gələn mövsümdə tətbiqi götürülər. Amma olmadı və qərar dəyişmədi. Çox istəyirdim ki, sarı vərəqələrə görə cəza alanlara güzəşt olsun". 

Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu "Sileks"lə matç barədə bunları deyib: "Bu gün əvvəlki illərdən fərqli oynayacağıq. Əvvəl çoxlu azarkeşlərin önündə çıxış edirdik. Cütün taleyi iki oyuna görə həll olurdu. İndi isə matça proqnoz vermək çox çətindir. Pandemiyaya görə gözləmədiyimiz komandalar nəticə qazana bilirlər. Matç barədə nəsə demək çətindir, komandalar yoldaşlarım nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər". 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X