17:26 18.08.2020 841

“Sileks” “Qarabağ”ı üstələyəcək klub deyil” - Əfran İsmayılov

"Hər bir komanda üçün mövsümün ilk oyunu həmişə çətin olur. Çünki futbolçular uzun fasilədən sonra birinci matçlarına çıxırlar”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

Bu yay "Keşlə”dən ayrılan 32 yaşlı yarımmüdafiəçi keçmiş komandası "Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya klubu "Sileks” önündə şanslarını dəyərləndirib. O, Azərbaycan çempionunun mərhələ adlayacağına əmindir: "Qarabağ” "Sileks”dən 3-4 dəfə güclüdür. Düzdür, azarkeşsiz oynamaq təmsilçimizin işini çətinləşdirən amildir. Üstəlik, rəqibdən fərqli olaraq, "Qarabağ” uzun müddətdir rəsmi oyun keçirmir. Belədə çətinliklə üzləşmək qaçılmazdır. Bununla belə, düşünürəm ki, avrokubok təcrübəsi sayəsində komandamız mərhələni rahat keçəcək. Çünki "Sileks” "Qarabağ”ı üstələyəcək klub deyil. Qələbəyə indiki məqamda xalqımızın çox ehtiyacı var. Bu, insanlarda əhval-ruhiyyəni bir az da olsa artırar”.

İsmayılov hesab edir ki, "Sileks” cəbhəsindən verilən açıqlamalara əhəmiyyət vermək uğursuzluğa yol aça bilər: "Sileks”in baş məşqçisinin fikirlərinə önəm vermək olmaz. Çünki bu, rəqibin aldadıcı gedişi ola bilər. Bəlkə də, özləri belə danışırlar ki, arxayınlıq yaransın. Ancaq düşünürəm ki, Qurban Qurbanov arxayınlığa imkan verməyəcək. Futbolçular da hamının onlardan qələbə gözlədiyini bilirlər. Həm də nəzərə alaq ki, bu dəfə qalibi bir oyun müəyyən edəcək. İstənilən komanda bir oyunluq mərhələdə uğurlu nəticə göstərə bilər”.

2006-2013 və 2015-2018-ci illərdə Ağdam klubunun formasını geyinən futbolçu təxmini hesab proqnozunu da bildirib: "Mətbuatdan oxuduğum qədərilə əksəriyyət darmadağın olacağını düşünür. Ancaq mən rəqibin baş məşqçisinin dediyi kimi, 7:0 hesabı gözləmirəm. Çünki ilk oyunlarda zəif komandalar rəqibə müqavimət göstərə bilirlər. Mövsümün əvvəlində heç kim ideal formada olmur. Məncə, hesab 2:0 və ya 3:0 olacaq”.

Cinah oyunçusu keçmiş komandasını yenidən Çempionlar Liqasının qrupunda görmək arzusundadır: "Qarabağ”ın yenidən Çempionlar Liqasının qrupuna düşməsini istəyirəm. Bu turnirin himninin Bakıda növbəti dəfə səslənməsi əla olar. Ancaq indidən qrup barədə düşünmək doğru olmaz. Təsnifat mərhələlərinə oyun-oyun hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Sileks” oyunu 20:00-da start götürəcək.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

Facebookdan bizi izləməyi unutmayın.
X