23:05 18.08.2020 983

Qurban Qurbanov: "Daha bir neçə oyunçu transfer etmək istəyirik"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutan "Sileks”lə oyundan sonra mətbuat konfransına qatılıb.
 
Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunu var. Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq.
 
- Maksim Medvedevin durumu necədir?
- Həkimlər sabah dəqiq deyəcəklər. Çox ciddi olduğunu düşünmürəm. Topuğu burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik.
 
- İlk hissədə bir qədər narazı idiniz. Konkret nə sizi qane etmirdi?
- Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Surətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Hazırlaşdığımız hücumlar pis alınmadı, standart vəziyyətdən də pis oynamadıq.
 
- Növbəti mərhələdə hansı komandaya rəqib olmaq istərdiniz?
- Fərqi yoxdur. Hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvləri təkrarlamamalıyıq. Çünki növbəti mərhələyə adlayacaq komanda daha yaxşı formada olacaq.
 
- Bugünkü rəqibin gücü komandanın səhvlərini görməyə imkan verdi?
- Səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.
 
- Yeni transferlər gözləməyə dəyərmi?
- Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq daha bir neçə transfer etmək istəyirik.
 
- Qapıçı seçimində həlledici məqam nə oldu?
- Şahruddin uzun müddətdir komandadadır. Emil bir ilə yaxın oynamadı. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik.
 
- Əcnəbi qapıçı transferi gündəmdədir?
- Bəli, gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıq uğurlu alınmadı.
 
- Növbəti oyun da evdə olacaq. Ot örtüyünün durumunu nəzərə alsaq, II mərhələ matçını ehtiyat arenada keçirə bilərsiniz?
- Açığı, oyundan əvvəl UEFA-ya bildirildi ki, bununla bağlı problem ola bilər. UEFA bildirdi ki, ilk oyunu burada oynamalısınız. İcazə versələr, növbəti görüşü "Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciətimizi etmişik.
 
- Yay fasiləsində komandadan gedənlər oldu. Bu gün ən çox kimin yoxluğunu hiss etdiniz?
- Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən də, 3-5 il burada oynayanlarla. Məcburuq yeni oyunçular gətirək. Çalışırıq özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdi.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X