"Sabah” Futbol Klubu yeni mövsümün formalarını təqdim edib.
Fanat.Az xəbər verir ki, bu haqda klubun rəsmi "Feysbuk” səhifəsindən video paylaşılıb.
Həmin videoda "Sabah” FK-nın 2020/21-ci illər mövsümü üçün ev və səfər formaları təqdim olunur.
"Nike” şirkətinin istehsalı olan olan formalar göy və ağ rəngdədir. Komanda növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək.
Xatırladaq ki, "Sabah” mövsümün ilk turunda "Qarabağ”la qarşılaşacaq.