2019/2020 mövsümünün sonunda "Sumqayıt"dan ayrılan Rail Məlikovun yeni klubu müəyyənləşib.
Bu barədə
"Report"a futbolçunun özü məlumat verib.
35 yaşlı müdafiəçi "Keşlə"yə keçib. Azərbaycan millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Məlikov bunadək Azərbaycanda "Sumqayıt"la yanaşı, "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın, Türkiyədə isə "Denizlispor"un formasını geyinib.
Fanat.Az