"Zirə”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Fanat.Az xəbər verir ki, bu, yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib.
"Qəbələ” ilə səfərdəki görüşün (1:1) 77-ci dəqiqəsində meydana çıxan 29 yaşlı hücumçu ölkə çempionatındakı oyun sayını 200-ə çatdırıb. Bu, həm də Qurbanovun "Zirə”də debütü olub.
Fanat.Az