"Neftçi"ni tərk edən Soni Mustivarın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, haitili futbolçu karyerasını Rumıniyada davam etdirəcək. Belə ki, 30 yaşlı yarımmüdafiəçi əsas liqada çıxış edən "Hermannstadt"la iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2018-ci ilin martın "Neftçi"yə keçən Soni Mustivar ötən mövsümün sonunda komandadan ayrılıb. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.
Fanat.Az