Çexiya II divizionunda II turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya” (Jijkov) bu turda "Visehrad"ı qəbul edib. Oyun Jijkov təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, ilk iki turda qalib gələn "Viktoriya" 6 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
Fanat.Az