18:18 01.09.2020 1179

Füzuli Məmmədov: "Qalatasaray"la oyunda qələbə şansımız 100 faizdi"

"Komandada ümumi vəziyyət normaldır. Bilirsiniz ki, bəzi oyunçularımız milli komandadadır. Digərləri isə bizimlə məşqdədirlər".

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov bugünkü açıq məşqdən öncə keçirdiyi brifinqdə deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyunçu sayını çoxaltmaq üçün əvəzedici komandadan bəzi gənc futbolçular əsas heyətə cəlb edilib: "Məşqlərdə bizə kömək etmələrini istəyirik. Ümumilikdə hər şey qaydasındadır. Zədəlilərimiz yoxdur. "Sumqayıt"la qarşıdakı oyuna hazırlaşırıq".

O daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçuların millinin düşərgəsində olmasının "Neftçi"yə mənfi təsiri ola bilərmi?

- Xeyr. Orada da hazırlaşırlar. Qarşıda yığmanın oyunları var. Düşünürəm ki, heç bir təsiri olmayacaq".

- Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə yoxlama matçı keçirəcəksiniz?

- Açığı, belə bir fikrimiz var idi. Sadəcə planımıza uyğun gəlmədiyi üçün ikitərəfli görüşlə toplanışı yekunlaşdıracağıq.

- Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- Hazırda bütün fikrimiz "Sumqayıt"la qarşıdakı oyundadır. Bu matça hazırlaşırıq. "Qalatasaray"la görüşə gəlincə, indi bu barədə düşünmürük.

- Futbolçularda həyəcan varmı?

- Elə bir həyəcan hiss etmirəm. "Qalatasaray" qardaş ölkənin komandasıdır. Türkiyənin ən güclü klublarından biridir. Həyəcanlı deyilik. Çünki qarşıda hələ "Sumqayıt"la oyunumuz var. Bütün futbolçularla bu barədə danışmışıq. Başımızı aşağı salıb "Sumqayıt"la matça hazırlaşırıq".

- Futbolçularınızı qorumaq üçün "Sumqayıt"la matçda hansısa dəyişiklik edə bilərsinizmi?

- "Sumqayıt"la oyunda elə ciddi dəyişiklik olacağını düşünmürəm. Çünki hazırda əlimizdə o qədər futbolçu yoxdur ki, əsas heyət üzvlərinə istirahət verək. Maksimum 1-2 dəyişiklik ola bilər.

- Demişdiniz, yeni transfer gələcək. Həmin futbolçu "Sumqayıt"la oyunadək heyətdə olacaqmı?

- İndi bu barədə sizə tam dəqiq söz deyə bilmərəm. Düşünürəm ki, "Qalatasaray"la matça kimi yeni transfer olacaq.

- Kamran Quliyev "A Spor" telekanalına müsahibəsində deyib ki, Türkiyə klubları "Neftçi"nin 2 futbolçusu ilə maraqlanır. Onların adlarını açıqlaya bilərsinizmi?

- Mən bu barədə açıqlama vermək istəmirəm.

- "Qalatasaray" dünən yoxlama matçı keçirdi. Yəqin ki, oyunu izlədiniz.. Rəqib hansı planda diqqətinizi daha çox çəkdi?

- "Qalatasaray"lı futbolçuların fərdi keyfiyyətləri, təcrübələri barədə çox danışmağa ehtiyac yoxdur. Onları bütün dünya tanıyır. Bəli, qardaş ölkədir, can qardaşlarımızdır. Amma biz meydana qələbə üçün çıxacağıq.

- Sizcə, "Neftçi"nin şansı neçə faizdir?

- Mənim üçün 100 faiz.

Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

17:06

Lyakazettin zinət əşyalarını və pullarını oğurladılar

16:48

Azərbaycan - Macarıstan oyununun biletləri satışda

16:30

Ronaldunun oğlu millidə ilk qolunu vurdu, atasının tərzində qeyd etdi - VİDEO

16:12

"Şamaxı"nı 5 legioner tərk edir - ADLAR

15:53

Azərbaycan millisi dünya çempionatının son hazırlığına başlayır

15:35

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X