İran Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici oyunda Cənubi Azərbaycan təmsilçisi "Traktor”la Tehran təmsilçisi "İstiqlal" üz-üzə gəlib.
Beş qolun qeydə alındığı matçda Təbriz klubu 3:2 hesablı qələbə qazanıb. "Traktorçular” 3 qolun hamısını ilk yarıda yarıda vurublar. Fasilədən sonra "İstiqlal” buraxılan toplardan ikisinin əvəzini çıxsa da, yenilgidən qaça bilməyib.
Qeyd edək ki, "Traktor” tarixində ikinci dəfədir ki, İran Kubokunu qazanır. Təbriz təmsilçisi ilk dəfə 2014-cü ildə belə uğurla yadda qalmışdı.
Fanat.Az