AFFA-nın sabiq texniki direktoru Bernhard Lippert özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəsis Qana Futbol Assosiasiyasında eyni vəzifədə çalışacaq.
Bu barədə "Ghanasoccernet" məlumat yayıb. Nəşr bu vəzifə üçün 100-dən çox məşqçinin müraciət etdiyi də bildirib.
Qeyd edək ki, Bernhard Lippert 2008-ci ildən bu ilin iyulunadək Azərbaycanda çalışıb. Lippert bu müddət ərzində U-21 və U-19 yığma komandalarında baş məşqçi kimi də çalışıb.
Fanat.Az