Braziliyanın "Vitoriya” futbol klubunun hücumçusu Eronildo dos Santos Roşa karyerasını "Qəbələ”də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu "qırmızı-qaralar”a keçidini rəsmiləşdirmək üçün Azərbaycana gəlib.
"Vitoriya” gənc hücumçunu "Qəbələ”yə birillik icarəyə verib.
Qeyd edək ki, futbolçu Braziliyanın U-17 millisində keçirdiyi 7 oyunda 1 qol vurub.
Fanat.Az